...

SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNDƏ INFODAY 2005 ADLI ELMİ-TEXNİKİ SEMİNAR KEÇİRİLİR

Energetika Materials 26 İyul 2005 14:43 (UTC +04:00)

İyulun 26-da Azərbaycanın Sənaye və Energetika Nazirliyində INFODAY 2005 adlı elmi-texniki konfrans keçirilib. Trend in məlumatına görə, görüş General Electric (ABŞ) və Optima -inteqrasiya (Rusiya)enerji sektordlarının yeni qərarlarının təqdimatına həsr olunub.

Nazirliyin neft və qaz əməliyyatları şöbəsinin rəisi İdris Rzabəyov qeyd edib ki, bu seminar "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)" və "Azərbaycanda alternativ enerji mənbələrindən istifadə üzrə dövlət proqramı" çərçivəsində reallaşdırılır. Onun sözlərinə görə, seminarda Sənaye və Energetika, İqtisadi İnkişaf Nazirliklərinin, ARDNŞ-nin, Azərenerji Səhmdar Cəmiyyətinin, Azəriqaz Qapalı Səhmdar Cəmiyyətinin, elektrik stansiyalarının və digər nümayəndələr iştirak edib.

Seminar çərçivəsində iştirakçılar qaz və bioloji yanacaq generatorlarının istifadəsi, regional istilik enerji sistemlərində elektrik enerjisinin yanacaq istehsalı üçün qaz turbinlərindən istifadə və s. məsələlərlə yaxından tanış olublar. Optima-inteqrasiyanın rəhbəri Valeri Şamko çıxışında bu istiqamətdə uçotun aparılması və sistemlərin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti