...

"GÜNƏŞLİ" NEFT İSTİSMARI QUYUSUNDA QƏZANIN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR

Energetika Materials 26 İyul 2005 15:42 (UTC +04:00)

"Günəşli" yatağının dayaz sulu hissəsində yerləşən QMSP- N14 dəniz stasionar platformasının 16 saylı istismar quyusunda baş vermiş qəzanın nəticələri aradan qaldırılır. Bu barədə "Tpend"ə ARDNŞ-dən məlumat veriblər.

Hazırda quyuda fontanvurma dayandırılır. Yaxın saatlarda qəzanın nəticələrinin tamamilə aradan qaldırılacağı gözlənilir.

Sutkada 30 ton neft hasil edilən həmin quyu təmirə dayanmışdı. Qəza iyulun 24-də səhər təmir zamanı baş verib. "Quyuda priventerin sınması nəticəsində yanğıfn başlasa da, onu tez bir zamanda ləğv etmək mümkün olub.

Qəzada zərər çəkən olmayıb. Burada işlər Azneft İstehsalat Birliyinin direktoru Yavər Camalovun şəxsi nəzarəti altında həyata keçirilir " - deyə ARDNŞ-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti