...

"XƏZƏRDƏNİZNEFTDONANMASI" "GENERAL ŞIXLİNSKİ" GƏMİSİNDƏ TƏMİR İŞLƏRİ APARACAQ

Energetika Materials 27 İyul 2005 15:09 (UTC +04:00)

"Xəzərdənizneftdonanması" idarəsi "General Şıxlinski" gəmisini təmir etməyi planlaşdırır. Bu barədə "Tpend"ə idarədən məlumat verilib. Bu məqsədlə müxtəlif avadanlıqların və ehtiyat hissələrinin alınması üçün tender elan edilib.

Maraqlanan şirkətlər idarənin marketinq qrupuna müraciət etməlidirlər. Tenderdə iştirak etmək üçün iddiaçılar 200 dollar və 18% ƏDV (cəmi 236 dollar) ödəməlidirlər.

Tenderin tələblərinə uyğun olaraq, müsabiqənin qalibi müqaviləni imzaladığı andan 3 ay ərzində avadanlıqları təqdim etməlidir. Avadanlıqların haqqının ödənilməsi 6 ay ərzində həyata keçiriləcək.

Potensial iştirakçılar öz sənədlərini "Xəzərdənizneftdonanması"na 2005-ci il avqustun 31-dən, analoji əməliyyatlar zamanı qiymət ölçülərinin, məhsulların çatdırılması müddətləri, şirkətlərin təcrübəsinin nəzərdən keçirildiyi tender təkliflərini sentyabrın 8-dən gec olmayaraq təqdim etməlidirlər. Təkliflər paketi sentyaəbrın 9-da "Xəzərdəniz neftdonanması"nın İdarəsində açılacaq.

Xəbər lenti

Xəbər lenti