...

ARDNŞ AVQUSTUN 1-DƏN "GÜNƏŞLİ" YATAĞINDAKI QUYUDA QAZMA İŞLƏRİNİ BƏRPA ETMƏYƏ HAZIRLAŞIR

Energetika Materials 27 İyul 2005 17:05 (UTC +04:00)

ARDNŞ avqustun 1-dən "Günəşli" yatağının dayaz sulu hissəsində yerləşən QMSP-15 yeni neft-qaz platformasındakı 237 saylı quyuda qazma işlərini bərpa etməyi planlaşdırır.

Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat veriblər. Hazırda 99 saylı quyuda təmir işləri başa çatır ki, bundan sonra buruq 237 saylı quyuya qaytarılacaq.

Quyunun layihə dərinliyi 3370 metr təşkil edir. Qazma işləri 2325 metr dərinlikdə dayandırılıb. ARDNŞ qeyd edib ki, quyunun bu il istismara veriləcəyi inəzərdə tutulub.

Bundan əlavə, yataqda daha 3 istismar quyusu qazılır. Yeni QMSP-13 neft-qaz hasilatı platformasında 430 saylı birinci quyunun layihə dərinliyi 3800 metr təşkil edir. Lakin səthdə karbohidrogen ehtiyatlarının aşkar edilməsinin çətinliyi ilə əlaqədar olaraq daha 300 metr qazma işləri aparmaq qərara alınıb.

Hazırda qazma işləri 4140 metr dərinlikdə aparılır. Yeni QMSP-14 neft-qaz hasilatı platformasındakı 412 saylı quyuda qazma işləri 3120 metr dərinlikdə aparılır.

Layihə dərinliyi 3490 metrdir. QMSP- N19 dəniz stasionar platformasında 73 saylı quyunun layihə dərinliyi 3900 metrdir. İndiyə kimi 405 metr qazılıb. Quyudakı qazma işlərini "Bayıl limanı" dəniz qazma işləri idarəsi aparır.

"Günəşli" yatağının dayaz sulu hissəsində 1980-ci ildən neft çıxarılır. O, Abşeron yarımadasından cənub-şərqdə yerləşir Azərbaycan neftinin hasilatının 65%-ni və ölkənin dənizdə neft hasilatının 83 %-ni təmin edir. Sahənin qalan neft ehtiyatları 94-130 milyon ton həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti