...

BTC CO BAKI-TBİLİSİ-CEYHANA 1 MİLYON BAREL AZERI LIGHT NEFTİ VURDU

Energetika Materials 28 İyul 2005 13:04 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növ neftin ilk 1 milyon ton bareli ilə doldurulub. BTC Co-ya rəhbərlik edən BP-nin press-relizində bildirilir ki, neft hazırda Yevlax yaxınlığındakı 2 saylı nasos stansiyasına çatıb.

Hazırda bu layihə ilə üç ölkədən olan 8100 nəfərə yaxın insan məşğuldur. Maksimal fəallıq dövründə bu layihə üzrə tikinti işlərilə 22 min adam çalışıb.

Sənəddə bildirilir ki, Azərbaycanda uzunluğu 443 km olan boru kəmərinin uzunluğu tamamilə baş çatıb. Qərbi Kür sahəsində mikrotunelləşdirmə üzrə işlər də tamamlanıb. Terminalda BTC-nin Əsasa Nasos stansiyasının tikintisi 2005-ci ilin aprelində başa çatıb. İkinci mərhələ çərçivəsində əlavə iki nasosun tikintisi başa çatmaq üzrədir və hazırda 98 % tamamlanıb. 2-ci Nasos Stansiyasında və Aralıq Stansiyada tikintinin birinci mərhələsi başa çatıb və bu obyektlər istismar üzrə qrupa təhvil verilib.

Gürcüstanda tikinti işləri ümumilikdə 95% yerinə yetirilib. 2-ci nasos stansiyasına qədər hidropresləmə və fibrooptik kabelin testləşdirilməsi demək olar ki, başa çatıb. 1-ci və 2-ci Nasos stansiyalarının tikintisi demək olar ki, başa çatıb. Gürcüstan ərazisindəki 1-ci nasos stansiyasında işləri başa çatdırmaq planlaşdırılır, Çünki boru kəməri iyulun solnlarında xam neftin qəbul olunmasına hazır olmalıdır və buradan neft avqustun əvvəllərində BTC-nin Gürcüstan sahəsitnə doldurulacaq.

Türkiyədə kəmərin tikintisi demək olar ki, 92 faiz başa çatıb. Belə ki, nasos stansiyalarının tikintisi 88%, Geyhan terminalında tikinti işləri 99% taamamlanıb.

Bu ilin birinci yarasında layihəyə üzrə əsas xərclər 530 milyon dollar təşkil edib. İlin sonunda 1 milyard 388 milyon dollar (xəttin doldurulması ilə bağlı xərclər və maliyyələşdirmə xərcləri də daxil olmaqla) sərf olunacağı ehtimal olunur. Bu da nəzərdə tutulduğundan 1 milyard 214 milyon dollar çoxdur. Buna səbəb layihə xərclərinin podratçılarla və layihənin idarə olunması ilə əlaqədar həddən artıq yüksək olması, Azpetrol terminalı ilə birləşmə zamanı işlərin əlavə həcmi və neft sənayesində qiymətlərin inflyasiyası ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti