...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ SUPSADAN TANKERLƏRƏ 270 MİLYON BARELƏ YAXIN AZERI LIGHT NEFTİ YÜKLƏYİB

Energetika Materials 28 İyul 2005 13:48 (UTC +04:00)

İyunun sonlarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ABƏŞ-in tərəfdaşları və Azərobaycan dövləti üçün Gürcüstanın Supsa limanından 269 milyon barel (36 milyon tondan artıq) neftin nəqlini həyata keçirib (282 tanker-30 milyon tondan çox ABƏŞ üçün, 43 tanker - 5,7 milyon ton mənfəətli Azərbaycan nefti).

ABƏŞ-in press-relizində bildirilir ki, daşınma işlərinin əvvəlində və iyunun sonlarına kimi Bakı-Novorossiysk boru kəmərinə 129 milyon bareldən artıq (17,5 milyon ton) neft vurulub ki,(ARDNŞ-ın AÇC yatağından çıxarılmayan nefti də daxil olmaqla), bu da Novorossiyskdən 197 tanker neft yola salmağa imkan verib

ki, daşınma əməliyyatlarının əvvəlindəq buraya 130 tanker (ARDNŞ-in 12 milyon tondan artıq nefti) də daxildir.

Sənəddə göstərilir ki, 2005-ci il iyunun 1-də ABƏŞ Səngəçal və Azpetrol terminallarını birləşdirən Azpetrolun 16 düyməlik boru kəmərinə sonradan dəmiryolu vasitəsilə Batumiyə nəql olunmaq üçün ilk neft vurub. Dəmir yolu ilə neft daşınması ilin sonunda BTC-nın tam istismara başlamasına qədər davam edəcək. "Biz BTC-nın tam istismara başlamasına qədər sutkada orta hesabla 40 000 barel neft yükləmək niyyətindəyik. Hələlik Batumidə üç tanker doldurulub", - deyə sənəddə bildirilir.

Xəbər lenti

Xəbər lenti