...

"İNAM" STRUKTURUNDA QUYUNUN PLANLAŞDIRILMASI ÜZRƏ İŞLƏRİN BİR HİSSƏSİNİ BAŞA ÇATDIRIB

Energetika Materials 28 İyul 2005 15:51 (UTC +04:00)

"İnam" layihəsi (BP 25% - operator, QNKAR 50% və Shell 25%) üzrə INX-2 quyusunun planlaşdırılması üzrə işlər başa çatıb və layihə hərtərəfli planlaşdırma mərhələsinə keçməyə hazırdır. Bu barədə BP-nin məlumatında bildirilir.

Quyunun yerləşdiyi coğrafi yer , qoruyucu kəmərlərin konstruksiyası, qazma işlərinin trayektoriyası və metodları "İnam" layihəsinin tərəfdaşları ilə razılaşdırılıb.

Sənəddə qeyd olunub ki, INX-2 quyusunu 2006-cı ilin 2-ci rübündə "İstiqlal" qazma qurğusu vasitəsilə qazmaq planlaşdırılır. Lakin qazma işlərinin sonuncu müddəti "Şahdəniz" SDX-4 quyusunda qazma işlərinin nə vaxt başa çatmasından asılıdır.

BP Türkiyədə və Gürcüstanda Unocal-la Qara dənizdəki Türkiyə və Gürcüstan sektorlarda olan yataqlarındakı payının bir hissəsini verməklə bağlı müqavilə imzalayıb.

Bütün hökumət icazələrini almaq şərti ilə Unocal 25% 3534 lisenziya blokunda (Türkiyə) və 10% APC-IIA, IIB və III (Gürcüstan) bloklarında pay alacaq.

Türkiyədə BR 3534 lisenziya blokunun operatorudur, və hazırda bu hövzədə suyun dərin sahəsində qazılan ilk kəşfiyyat quyusu HPX-1 "Nora"nı qazır.

Birinci quyunun qazılması üçün BP 2 min metrdən artıq dərinlikdə qazma işləri apara bilən üzən qazma qurğusu Global Santa Fe (CSF) Explorer-i icarəyə götürüb. HPX-1 iyulun 18-ə suyun 1500 metr dərinliyində qazılmağa başlayıb.

Hələlik qazmanın nəticələrinin necə olacağının aydın olmamasına baxmayaraq, bu quyu bu dərin sulu hövzənin vacib yoxlanması olacaq.

Xəbər lenti

Xəbər lenti