...

AZƏRENERJİ QIŞA HAZIRLIQ GÖRÜR

Energetika Materials 28 İyul 2005 16:03 (UTC +04:00)

Azərenerji SC-nin Bakı yüksəltvoltlu elektrik şəbəkələri müəssisələrində qışa hazırlıq üzrə sahə proqramı çərçivəsində təmir işləri aparılır. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətindən xəbər verilib.

Bakı yüksəltvoltlu elektrik şəbəkəsinin direktoru Cahid Bağırovun sözlərinə görə, yay fəsli ilə əlaqədar gərginliyin azalması təmir işlərini, xüsusilə sıradan tez çıxan detalların dəyişdirilməsini, ttransformatorların, elektrik açarlarının, portalların və soyuducu sistemlərin, yüksək gərginlikli şinlərin və s. yoxlanılmasını həyata keçirməyə imkan verir.

O həmçinin qeyd edib ki, texniki avadanlıqların yeniləri ilə əvəz olunması üzrə işlər Almaniyanın Siemens şirkətinin infrastrukturun reabilitasiyası proqramı çərçivəsində aparılır. Köhnə avadanlıqların dəyişdirilməsi yarımstansiyanın fəaliyyətinə müsbət təsir edəcək.

Belə işlər 110 kV-luq "Buta" yarımstansiyasında aparılıb. Həmçinin "Xırdalan" və "Binəqədi" yarımstansiyalarında da onların həyata keçirlməsi planlaşdırılır. "Xırdalan" yarımstansiyasında 180 MBA güclü transformator 250 MVA gücündə olan transformatorla əvəz olunub.

Xəbər lenti

Xəbər lenti