...

BHARAT PETROLEUM CORPORATION ŞİRKƏTİ AZƏRBAYCAN NEFTİNİN ALIŞINA DAİR DANIŞIQLARA BAŞLAMAQ İSTƏYİR

Energetika Materials 28 İyul 2005 16:42 (UTC +04:00)

Hindistanın Bharat Petroleum Corporation şirkəti ölkədə karbo-hidrat hasil edən ARDNŞ və xarici şirkətlərlə neft xammalının alışı imkanlarına dair danışıqlara başlamaq istəyir.Bu barədə Trend agentliyinə ARDNŞ-ə yaxın olan mənbələrdən məlum olub.

Hazırda Hindistan ölkədə neftə olan ehtiyacın 65%-ni idxal edir.

"Hindistan indi ölkəyə neft tədarükü üçün alternativ mənbələrin fəal axtarışındadır.Hindistanın Hindustan Petroleum, Indian Oil Corporation, Bharat Petroleum və digər iri şirkətləri indi neft alışı mövzusunda marketinq tədqiqatları aparır" -deyə Xəzərdə neft daşımaları ilə məşğul olan şirkətdə Trend ə bildirilib.

Bəzi məlumatlara əsasən, Hindistan yalnız Azərbaycandan deyil, neftin potensiallı tədarükçüləri olan Liviya, Nigeriya, Əlcəzair və Yəməndən də neft almaq istəyir.

"Bu gün ARDNŞ və BTC CO -nun digər iştirakçıları Ceyhan limanından neft daşınmasının başlanmasında fəal məqsəd güdür.Əgər Hindistan şirkətlərimaraqlı olsalar onlar Türkiyənin bu limanından neft ala bilər" -deyə mənbələr bildirir.

BP-nin məlumatına əsasən, Azərbaycanda sübut olunmuş neft ehtiyatları 7 mlrd. bar, Liviyada - 39,1 mlrd. bar., Nigeriyada - 35,3 mlrd. bar., Əlcəzairdə - 11,8 mlrd. barr., Yəməndə - 2,9 mlrd. bar. təşkil edir.

Xəbər lenti

Xəbər lenti