...

BAYIA-ENERJI ŞİRKƏTİ AZƏRBAYCANIN REGİONLARINDA BİR SIRA LAYİHƏLƏR HƏYATA KEÇİRİR

Energetika Materials 28 İyul 2005 16:55 (UTC +04:00)

Bayva-Enerji şirkəti ölkə regionlarının inkişafı üzrə dövlət proqramı çərçivəsində regionlarda bir sıra iri miqyaslı layihələr həyata keçirir. Bu barədə Trend ə şirkətdə xəbər verilib.

Hazırda şirkət tərəfindən N335 yarımstansiyası və transformator məntəqələri tikilərək istismara verilib. "Ağcabədi, Bərdə, Şəmkir, Yevlax, Xanlar, Ucar, Şəki, Ağdam, İmişli, Saatlı, Cəlilabad, Şamaxı, Sabirabad rayonlarında tikilmiş yarımstansiyalarda az güclü transformatorlar daha çox gücə malik transformatorlarla əvəz olunub.

Ağcabədi, Bərdə, İmişli, Neftçala, Astara, Şamaxı rayonlarındakı 35/10 kV-luq yarımstansiyalarda 22,5 MBA güclü əlavə transformatorların quraşdırılması nəticəsində onların gücü 71,5 MBA-dan 147,6 MBA-ya qədər artıb", - deyə şirkətdə qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti