...

AYİB VƏ LUKOYL AZƏRBAYCAN LAYİHƏLƏRİ ÜZRƏ KREDİT SAZİŞİ İMZALAYIB

Energetika Materials 28 İyul 2005 19:14 (UTC +04:00)
AYİB VƏ LUKOYL AZƏRBAYCAN LAYİHƏLƏRİ ÜZRƏ KREDİT SAZİŞİ İMZALAYIB

Bu gün Moskvada Avropa yenidənqurma və inkişaf Bankının (AYİB) nümayəndələri Lukoil Overseas Holding Limited ilə "Şahdəniz" qaz-kondensat yatağının işlənib-hazırlanması və Gürcüstanla Türkiyəyə qaz ixrac ediləcək Cənubi Qafqaz (SCP) boru kəmərinin tikintisi layihəsi çərçivəsində xərclərin maliyyələşdirilməsi barədə kredit sazişi imzalayıb. Trend agentliyinə məlum olub ki, AYİB Lukoil Overseas şirkətinə 12 il müddət ilə $180 mln. həcmində kredit verib.

Kredit dərəcəsi açıqlanmır.

AYİB-nin qiymətləndirməsinə əsasən, "Şahdəniz" layihəsinin "Mərhələ-1"i $2,777 mlrd. olaraq qiymətləndirilib. SCP ilə Türkiyəyə ilk qazın ixracı 2006-cı ilin qışınadək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti