...

BAYVA-ENERJI İQTİSADİ İNKİŞAF NAZİRLİYİNƏ ELEKTRİK ŞƏBƏKƏLƏRİNİN İNKİŞAFININ İNVESTİSİYA PROQRAMINI TƏQDİM EDİB

Energetika Materials 29 İyul 2005 14:22 (UTC +04:00)

Bayva-Qerbenerji və Bayva-Jenubenerji enerjipaylayıcı şəbəkələrinin operatoru olan Bayva-Enerji İntisadi İnkişaf Nazirliyinə (İİN) 2005-2007-ci illər üzrə elektrik şəbəkələrinin inkişafının investisiya proqramını təqdim edib. Bu barədə Trend ə Bayva-Enerji -nin mətbuatla əlaqələr şöbəsinin müdiri Tahir Əlirzayev məlumat verib.

Onun sözlərinə görə, investisiya proqramında elektrik şəbəkələrinin hazırki vəziyyəti, onların inkişaf yolları, nəzərdə tutulmuş işlərin həcmi, investisiyalar və s. öz əksini tapıb.

T.Əlirzayev qeyd edib ki, şirkət proqramın İİN tərəfindən təsdiqlənməsini gözləmədən Azərbaycanda bir sıra irimiqyaslı layihələr həyata keçirir. "Hazırda biz ötən il Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2004-2006-cı illər üzrə eklektrik şəbəkələrinin investisiya inkişaf proqramı çərçivəsində fəaliyyət göstəririk ", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti