...

ABƏŞ SUPSA TERMİNALINDA İŞLƏRİ MÜVƏQQƏTİ DAYANDIRIB

Energetika Materials 1 Avqust 2005 15:01 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu gün Gürcüstanın Supsa terminalında plan üzrə işləri dayandırıb. Bu barədə Trend agentliynə ABƏŞ-də bildirilib. İki gündən sonra Bakı-Supsa neft boru kəmərində də dayandırılma ehtimalı vardır.

Terminalda və boru kəmərində işlərin plan üzrə dayandırılması zamanı bu obyektlərə texniki baxış keçirilib.Xüsusilə bir neçə avadanlıq dəyişdirilib.Planlı dayanma bu ildə ilk dəfədir aparılır. Supsa terminalından neftin dənizdəki məntəqəyədək çatdırılmasında əsas olan şlanqlardan birinin dəyişdirilməsi nəzərdə tutulur.

ABƏŞ-də bildirilir ki, "Azəri-Çıraq-Günəşli" yatağında obyektlərin planlı dayandırılma işləri zamanı Azəri Light nefti hasilatını dayandırmaq niyyəti yoxdur. ABƏŞ Supsa terminalında 1 mln. barel və Səngəçal terminalında isə 4 mln.barelədək neft saxlamaq imkanındadır.ABƏŞ-də bildirilib ki, buna görə də xammal hasilatını dayandırmaq zərurəti yoxdur.

Xəbər lenti

Xəbər lenti