...

BU İL SOL "KÜRSƏNGİ-QARABAĞLI" MÜQAVİLƏ SAHƏSİNDƏ 4 QUYU QAZACAQ

Energetika Materials 1 Avqust 2005 16:51 (UTC +04:00)

Salyan Oil (SOL) əməliyyat şirkəti bu ilin sonuna kimi "Kürsəngi-Qarabağlı" müqavilə sahəsində 4 quyu qazmağı planlaşdırır, bu quyuların ikisi kəşfiyyat, digər ikisi isə istismar quyuları olacaq.

AR DNŞ-də Trend ə bildirildiyi kimi, hazırda SOL 4000 metr dərinlikli sonuncu kəşfiyyat quyusunu qazır. "Bu, şirkətin cari ildə öz ərazisində qazdığı ikinci kəşfiyyat quyusudur , - deyə, AR DNŞ-də bildiriblər".

PSA müqaviləsi üzrə sonuncu kəşfiyyat quyusunun qazılmasından sonra Salyan Oil istismar quyusunun qazıntısına başlayacaq. "Şirkət çətin ki, ilin sonuna qədər 4 quyu qaza bilsin, belə ki, kəşfiyyat quyusunun qazılması bir neçə ay çəkəcək", - deyə AR DNŞ-də qeyd ediblər.

"Kürsəngi-Qarabağlı" müqavilə sahəsininin geoloji ehtiyatları 100 mln ton neftdən ibarətdir. Neft çıxarma əmsalı 0,2-0,3, blokun çıxarılan ehtiyatları isə 25 mln tonn xammal təşkil edir. Hazırda yatağın 20%-i işlənib hazırlanıb.

Xəbər lenti

Xəbər lenti