...

BARMEK AZERBAYCAN İŞƏ ƏLAVƏ 47 NƏFƏR QƏBUL EDİB

Energetika Materials 2 Avqust 2005 16:52 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıtın enerjipaylayıcı şəbəkəsinin operatoru) işə - elektrik mühəndisi vəzifəsinə 47 nəfər qəbul edib.Şirkətdə Trend agentliyinə bildirilib ki, bu məqsədlə iyulun 30-da şirkətdə yeni energetiklərin işə qəbulu üçün müsabiqə keçirilib.

Müsabiqə şifahi və yazılı aparılıb.İlk mərhələdə test imtahanından 95 nəfərdən yalnız 49 nəfər keçib.

Şirkətdə bildirilib ki, avqustun 2-də Barmek Azerbaycan prezidenti Hüseyn Arabul şirkətin baş meneceri Hüseyn İbadov və qurum rəhbərinin müşaviri Ömər Günərin işə yeni qəbul edilmiş əməkdaşlarla görüşü keçirilib.Görüşdə qurumun fəaliyyətinin əsas prinsipləri müəyyən edilib və əməkdaşların gələcək fəaliyyyətində bəzi göstərişlər verilib.

"45 gün ərzində işə qəbul edilmiş əməkdaşlar iş prinsipləri ilə tanışlıq üçün şirkətin nümayəndələri ilə ərazini nəzərdən keçirəcəklər" -deyə Barmek Azerbaycan şirkətində bildirilib.

Xəbər lenti

Xəbər lenti