...

ARDNŞ SENTYABRDA BATUMİDƏN AZERI LIGHT NEFTİNİN NÖVBƏTİ PARTİYASINI SATACAQ

Energetika Materials 3 Avqust 2005 14:04 (UTC +04:00)

Azərbaycan dövlət neft şirkəti (ARDNŞ) sentyabrda keçirilən tenderdə Gürcüstanın Qara dənizdə olan Batumi limanından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağında hasil etdiyi Azeri Light neftinin növbəti tanker partiyasını satmaq niyyətindədir.

ARDNŞ-də Trend agentliyinə bildirilib ki, sentyabrda Batumidən FOB şərtilə satılacaq neft partiyasının həcmi 80 min ton təşkil edəcək. ARDNŞ-dən Azeri Light neftinin ötən partiyasını tenderdə Arcadia treyderi alıb.

Batumi neft terminalı ildə 15 mln. ton neft yükü daşımaq imkanındadır. Terminalda Aframax dərəcəli gəmilər üçün yan buy da daxil olmaqla dörd körpüdə, 30-90 min ton tutumlu tankerlər xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti