...

ABƏŞ BAKI-SUPSA BORU KƏMƏRİNİN İŞİNİ DAYANDIRIB

Energetika Materials 3 Avqust 2005 17:33 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) dünən Bakı-Supsa boru kəmərinin ("qərb" marşrutu) işini dayandırıb. Bu barədə Trend ə ABƏŞ-dən bildirilib.

Boru kəmərinin işinin planlı qaydada dayandırılması zamanı bir sıra avadanlıqlar yeniləri ilə əvəz olunacaq. Bu il iş planlı qaydada ilk dəfə olaraq dayandırılır.

Avqustun 1-də ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağından neftin daxil olduğu Gürcüstanın Supsa terminalının da işini dayandırıb.

Əsas məqsəd isə neftin Supsa terminalından dəniz məntəqəsinə qədər çatdırıldığı şlanqın dəyişdirilməsi idi.

ABƏŞ obyektlərin işinin dayandırılması zamanı "Azəri-Çıraq-Günəşli" yatağından Azeri Light neftinin hasilatını davam etdirmək fikrindədir.

ABƏŞ-in Supsa terminalında 1 mln barel, Səngəçal terminalında isə 4 mln barelə qədər neft saxlamaq imkanı var.

Xəbər lenti

Xəbər lenti