...

ABƏŞ AVQUSTDA SUPSADAN 560 MİN TON AZERI LIGHT DAŞIYACAQ

Energetika Materials 4 Avqust 2005 12:53 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) avqustda Gürcüstanın Supsa Qara dəniz limanından "Azəri-Çıraq-Günəşli" yatağında (ACG) hasil edilən 565 min ton Azeri Light nefti daşıyacaq. Trend agentliyi bildirir ki, avqustun 6-7-də ARDNŞ tenderdə Select Energy treyderinə satdığı 135 min ton nefti yükləyəcək.

ACG -nin operatoru, Bp Britaniya-Amerikan şirkəti avqustda Supsadan 215 min ton Azeri Light nefti: 80 min tonn 1-13 avqustda və 135 min ton 21-22 avqustda yükləyəcək.Bununla yanaşı, avqustun 15-16-da Amerikanın ExxonMobil şirkəti Supsadan 80 min ton, Yaponiyanın Inpex şirkəti avqustun 27-28-də limandan 135 min ton neft yükləyəcək.

Hazırda Bakı-Supsa boru kəməri ilə neftin nəqli və neftin terminaldan daşınması ABƏŞ tərəfindən texniki xidmət üçün planlı qaydada dayandırılıb və bəzi avadanlıqlar dəyişdirilib. Obyektlərin işinin dayandırılması zamanı ABƏŞ ACG -də neft hasilatını dayandırmaq niyyətində deyil.Şirkətin Supsa terminalında 1 mln. bar. və Səngəçal terminalında 4 mln. barelədək nefti saxlamaq imkanı var. Supsa terminalı bir neçə gün ərzində yenidən açılacaq.

Xəbər lenti

Xəbər lenti