...

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 110/35/10 KB GÜCÜNDƏ YARIMSTANSİYA TİKİLİR

Energetika Materials 4 Avqust 2005 14:03 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının (NMR) Sədərək rayonunda yarımstansiya tikilir. Bu barədə Trend ə Azərenerjinin mətbuat xidmətindən NMR-in energetika idarəsinin rəisi Yasin Səfərova istinadən bildirilib. Yarımstansiya 110/35/10 kB gücündədir.

Onun sözlərinə görə, enerji obyektinin istismara verilməsi Sədərək rayon sakinlərinin elektrik enerjisi ilə daha yaxşı təmin olunmalarına imkan verəcək. Hazırda rayona elektrik enerjisi Türkiyənin 31,5 kV gücündə EÖX vasitəsilə verilir.

Bundan başqa stansiyada 10 MVA gücündə transformatorun quraşdırılması nəzərdə tutulur. Bu vaxta qədər yararsız vəziyyətdə olan 5 km uzunluqlu və 110 kV gücə malik kabel artıq bərpa edilib. Həmçinin əlavə EÖX-nin təxminən 1 km uzadılması nəzərdə tutulur. "Yarımstansiya üçün avadanlıqlar İran və Ukraynadan alınır", - deyə Azərenerjidə bilidirilib.

Xəbər lenti

Xəbər lenti