...

GƏLƏCƏKDƏ CƏNUBİ XƏZƏR HÖVZƏSİNDƏ QAZ EHTİYATLARI ARTA BİLƏR

Energetika Materials 5 Avqust 2005 16:13 (UTC +04:00)

Gələcəkdə Cənubi Xəzər hövzəsində qaz ehtiyatları neftlə müqayisədə xeyli artacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geokimya və neft-qaz geologiyası şöbəsinin rəhbəri Əkbər Feyzullayevə istinadən torpaq elmləri şöbəsi mətbuat xidmətinin məlumatında bildirilir ki, Azərbaycan, Türkmənistan və İranın daxil olduğu hövzədə təxminən 40 yataq vardır.Hövzənin böyük hissəsi Azərbaycanın payına düşür.

Onun sözlərinə görə, Geologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, hazırda dənizin dibi üzvi maddələrlə zəngindir və yüksək temperatur nəticəsində bunlar dağılır, metan və qaz kondensatına çevrilir.

Buna baxmayaraq neft ehtiyatlarının istismarı çox qənaətlə olmalıdır.Alimin sözlərinə görə, neft yataqlarının istismarında iştirak edən xarici şirkətlər nəzərdə tutulmuş gəlirləri qısa müddət ərzində əldə etməyə can atır ki, bu da ölkədə mənfi təsir oyada bilər. "Yataqlar texnoloji rejimə müvafiq qaydada istismar edilməlidir" -deyə Ə.Feyzullayev bildirib.

Xəbər lenti

Xəbər lenti