...

AZƏRBAYCANLA NEFT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ PRİNSİPLƏRİNƏ DAİR SAZİŞ ALİ RADANIN TƏSDİQİNƏ VERİLƏCƏK

Energetika Materials 8 Avqust 2005 12:49 (UTC +04:00)

Trend in LIQABiznesInform-a istinadən bildirdiyinə görə, Azərbaycanla Ukrayna hökumətləri arasında neft sahəsində əməkdaşlıq prinsiplərinə dair bağlanmış saziş Ali Radanın təsdiqinə veriləcək.

Ukraynanın Nazirlər Kabineti Azərbaycan Respublikası və Ukrayna hökumətləri arasında neft sahəsində əməkdaşlıq prinsiplərinə dair 2004-cü il iyunun 3-də Kiyevdə imzalanmış sazişin Ali Radanın təsdiqinə verilməsinə dair qərar çıxarıb.

Ukrayna hökumətinin bu qərarı Ukraynanın baş naziri Yuli Timoşenko tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti