...

BARMEK AZERBAIJAN-NIN ENERJİ İTKİLƏRİNİN HƏCMİ İLİN SONUNADƏK 13% TƏŞKİL EDƏCƏK

Energetika Materials 8 Avqust 2005 15:58 (UTC +04:00)

Barmek Azerbaijan və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əldə olunmuş razılaşmaya müvafiq olaraq şirkət enerji itkisinin 11 %-ə qədər azaldılması barədə öhdəliyə malikdir. Trend in məlumatına görə, bu barədə Barmek Azerbaijan Məhdud Məsudliyyətli Cəmiyyətin rəhbəri Hüseyn Arabul məlumat verib.

"Cari ildə biz enerji itkisi ilə bağlı göstəricilərin 14,63%-ə qədər endirilməsi barədə razılıq əldə etmişik, lakin əslində bu göstərici ilin sonunda 13 % təşkil edəcək"- deyə sonda Arabul bildirib.

H.Arabul hesab edir ki, hazırda ölkədə enerji itkisinin faizini müəyyən etmək çətindir.

Qeyd edək ki, hələ ötən ilin sonlarında Azərbaycan Nazirlər Kabineti "Azərenerji" Səhmdar Cəmiyyətinin inkişafında əsas maneə elektrik enerjisində itkilərlə bağlı olduğunu qeyd etmişdi. Həmin dövrdə Azerenerji -də enerji itkisi 17% təşkil edirdi. O zaman qeyd edilmişdi ki, əgər elektrik itkilərindən qaçmaq mümkün olarsa, bəzi hesablamalara görə Azerenerji SC elektrik enerjisinin tariflərini artırmadan öz xərclərini ödəyə bilər.

Xəbər lenti

Xəbər lenti