...

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ QALXIB

Energetika Materials 9 Avqust 2005 11:48 (UTC +04:00)

Avqustun 8-də bir barel AZERI LT CIF neftinin qiyməti $62,61 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,77 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Avqustun 8-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $58,02 təşkil edib ($2,51 artıb). URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Avqustun 8-də bir barel Brent (DTD) neftinin qiyməti $63,14 təşkil edib ($2,14 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti