...

SUMQAYIT SES-DƏ TƏMƏLQOYMA MƏRASİMİNƏ HAZIRLIQ İŞLƏRİ APARILIR

Energetika Materials 9 Avqust 2005 16:03 (UTC +04:00)

Sumqayıt elektrik stansiyasında (SES) Azərenerji -nin Almaniyanın Siemens şirkəti ilə birgə həyata keçirdiyi 500 MVt gücündə yeni buxar-qaz qurğusu üçün təməlqoyma mərasiminə hazırlıq üzrə işlər aparılır.

Azərenerji mətbuat xidmətində SES-nin direktoru Vüqar Şahmuradova istinadən Trend agentliyinə bildirilib ki, ölkənin ali rəhbərliyinin iştirakı gözlənilən mərasim çox yaxın vaxtlarda baş tutacaq.

Onun sözlərinə görə, hazırda yeni BQQ-nin inzibati blokunun özülü üçün sahənin hazırlandığı ərazidə abadlıq işləri aparılır.

Layihə işlərinin başlanılması ərəfəsində elektrik stansiyasının yeni inzibati binası tikilib, avadanlıqla təchiz edilib və istismara verilib. Şahmuradov həm də qeyd edib ki, təməlqoyma mərasiminin keçiriləcəyi ərazi müəyyən edilib.

Bu, BQQ idarəsi lövhəsinin özülüdür. "Hazırda onun əsasına beton tökülüb, armatur karkasın yığılması başa çatdırılır" -deyə SES-nin başçısı bildirib.

Ümumilikdə tikinti işləri 2007-ci ilin ikinci yarısında başa çatdırılacaq ki, 2007/2008-ci ilin qış mövsümündə stansiya enerji şəbəkəsinə tam enerji verə bilsin.

Layihənin Bayerisce Landesbank -ın başçılıq etdiyi və tərkibində Fransanın Societe Generale və BNP Paribas olan Avropa bankları konsorsiumu tərəfindən gerçəkləşdirilməsi üçün 300,335 mln. avro.həcmində kredit verilib.

Tikintiyə 257 mln. Avro xərclənəcək, maliyyənin qalan hissəsi kreditin sığortasına, məsləhətçi xidmətinin ödənməsi və kreditor-bankların bonuslarına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti