...

AZƏRNEFTKİMYAMAS YENİ LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİNƏ HAZIRLAŞIR

Energetika Materials 10 Avqust 2005 11:55 (UTC +04:00)

Azərneftkimyamas ASC-də yeni layihənin həyata keçirilməsinə hazırlıq gedir. ASC-də Trend ə bildirildiyi kimi, layihə TACİS proqramı çərçivəsində həyata keçiriləcək və ASC-nin bir sıra müəssisələrində beynəlxalq standartların tətbiqini nəzərdə tutur.

ASC-də həmçinin onu da qeyd ediblər ki, hazırda müəssisələrdə layihənin tətbiq olunması üzrə hazırlıq gedir. Layihə hələlik İSO sertifikatına malik və İSO monoqramlı məhsullar istehsal edən 4 müəssisədə - Bakı fəhləsi maşınqayırma zavodunda, Sabunçu elmi-istehsalat birliyində, Balaxanı və Səbail maşınqayırma zavodlarında həyata keçiriləcək.

Layihə test avadanlıqlarının alınmasını və APİ (American Petroleum Institute) standartlaşdırılması üzrə treninqlərin keçirilməsini nəzərdə tutur.

Layihənin dəyəri 500 min avrodur və TACİS tərəfindən maliyyələşdirilir.

"Layihə cari ilin sentyabr ayından etibarən həyata keçiriləcək", - deyə ASC-də bildirilib.

Qeyd edək ki, bu vaxta qədər 9 müəssisə İSO 9001 sertifikatını alıb və bir ay ərzində tədris mərkəzi ASC də İSO 9001-2000 keyfiyyət sertifikatı alacaq.

Xəbər lenti

Xəbər lenti