...

SUMQAYIT ELEKTRİK STANSİYASININ TİKİNTİSİ İLƏ BAĞLI MƏRASİM AVQUSTUN 12-DƏ KEÇİRİLƏCƏK

Energetika Materials 10 Avqust 2005 13:57 (UTC +04:00)

Sumqayıt Elektrik Stansiyasında 500 MVt-dan artıq gücə malik yeni buxar-qaz qurğusunun (BQQ) "ilk daşı"nın qoyulması mərasimi avqustun 12-də keçiriləcək. Bu barədə Trend ə Almaniyanın Siemens şirkəti ilə bu layihəni reallaşdırılacaq "Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi istisna edilmir.

Hazırda özülün qoyulacağı meydanın ərazisində abadlıq işləri aparılır.

Ümumilikdə tikinti işləri 2007-ci ilin ikinci yarısında başa çatacaq ki, bu da artıq 2007/2008-ci illər qış mövsümündə tam şəkildə elektrik şəbəkəsini elektriklə təchiz etməyə imkan verəcək.

Layihənin reallaşdırılması üçün Bayerisce Landesbankın başçılıq etdiyi və Fransanın Societe Generale vəBNP Paribas banklarının daxil olduğu Avropa bankları konsorsiumu 300,335 milyon avro kredit ayırıb. Bu vəsaitdən 257 milyon avro tikinti işlərinə, digər hissəsi isə kreditin sığortalanmasına, konsultant xidmətinin və kredit averən bankların bonusunun ödənilməsinə sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti