(Kavkaz-Press) - Gürcüstanın baş naziri Zurab Noqaideli gələn il BTC neft boru kəmərinin işə başlaması ilə əlaqədar ciddi gəlirlər nəzərdə tutur.
Hökumətin bugünkü iclasında Noqaideli Azərbaycan neftinin Gürcüstan sərhədinədək gəlməsini həm ölkə, həm də bütün region üçün "böyük nailiyyət" və "mühüm hadisə" adlandırıb.
Onun sözlərinə görə, sentyabrda boru kəmərinin Gürcüstan sahəsinin rəsmi inauqurasiyası keçiriləcək. Noqaideli hesab edir ki, BTC layihəsinin gerçəkləşdirilməsi həm də dünən rekord - bir barel 62 dollara çatmış neftin dünyadakı qiymətinin sabitləşməsinə təsir edəcək.Amma ekspertlər hesab edir ki, ilin sonunadək qiymət 100 dollara çatacaq.