...

ABƏŞ YANVAR-İYULDA "AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ" DƏ NEFT HASİLATINI XEYLİ ARTIRIB

Energetika Materials 10 Avqust 2005 17:02 (UTC +04:00)

2005-ci ilin yanvar-iyulunda "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsində 6,065 mln. ton Azeri Light nefti hasil edib ki, bu da 2004-cü ilin anoloji dövrü ilə müqayisədə 2,533 min ton çoxdur.

2005-ci ilin yanvar-iyulunda ABƏŞ "Çıraq" da ümumi həcmdən 4,075 mln. ton neft və "Azəri"nin mərkəzi hissəsində 1,99 mln.ton neft hasil edib. ABƏŞ "Azəri"də ilk neftin hasilatına 2005-ci il fevralın 13-dən başlayıb.

ABƏŞ-də "Tpend" agentlyiinə bildirilib ki, iyulda şirkət AÇG-də ("Azəri" üstəgəl "Çıraq") 1,017 mln. ton neft hasil edib ki, bu da 2005-ci ilin iyunundan 104 min ton az və 2004-cü ilin iyulundan 693 min ton çoxdur. 2005-ci ilin iyulunda ABƏŞ "Çıraq" da 583 min ton, "Azəri"də isə 434,717 min ton neft hasil edib.

Xəbər lenti

Xəbər lenti