...

ABƏŞ AZƏRBAYCANDAN NEFT İXRACINI 2 MLN. TON ARTIRIB

Energetika Materials 10 Avqust 2005 17:03 (UTC +04:00)

2005-ci ilin yanvar-iyulunda "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ümumilikdə 5,49 mln. ton Azeri Light nefti ixrac edib ki, bu da 2004-cü ilin 7 ayından 2,077 mln. Ton çoxdur.

ABƏŞ-də Trend agentliyinə bildirilib ki, yanvar-iyulda Bakı-Supsa ("qərb marşrutu")boru kəməri ilə 4,08 mln. ton Azeri Light nefti, Bakı-Novorossiysk ("şimal" marşrutu) ilə 1,82 mln. ton xammal ixrac edilib. Gürcüstan istiqamətində - Batumi limanı- yanvar-iyulda 294,4 min ton neft yüklənib.

2005-ci ilin iyulunda ABƏŞ üç istiqamətdə 881,3 min ton neft nəql edib ki, bu da 2005-ci ilin iyunundan 39,8 min ton az, 2004-cü ilin iyulundan isə 581,3 min ton çoxdur.

ABƏŞ-də qeyd edilib ki, bu həcmdən "Qərb marşrutu"ilə iyulda 593,195 min ton, "Şimal" marşrutu ilə 78,091 min ton, Bakı-Batumi marşrutu ilə 210 min ton neft nəql edilib.

Xəbər lenti

Xəbər lenti