(Praym-Nyus) - Bakı-Tbilisi-Ceyhan neft kəmərində işləmək üçün gürcü mütəxəssisləri hazırlayacaqlar.
Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyində bildirildiyi kimi, "Amaqdari" qadın EİB-nin təşəbbüsü ilə neft kəmərində işə düzəlmiş şəxslərin monitorinqi keçirilib və onun nəticələrinə görə, neft kəmərində işləyənlərin əksəriyyətini məhz xaricilərin təşkil etdiyi məlum olub. Bunun əsas səbəbini isə rəhbərlər yerli kadrların ixtisaslaşdırılmaması ilə əlaqələndirirlər.
Əmək müfəttişliyi, "Amaqdari" təşkilatı və Qaynaqçılar İttifaqı yerli kadrların hazırlanmasında iştirak etmək arzusunda olduğunu bildirib.
Bu təşəbbüsün neft kəməri rəhbərləri ilə müzakirəsi bu ayın sonunada baş tutacaq.