...

AZƏRIQAZ NMR-DƏ QAZ XƏTTİ ÇƏKİLİŞİNİ 50% BAŞA ÇATDIRIB

Energetika Materials 11 Avqust 2005 16:01 (UTC +04:00)

Azəriqaz QSC Naxçıvan Muxtar Respublikasının (NMR) qaz təminatının bərpası çərçivəsində Naxçıvan şəhərində çoxmərtəbəli binalarda aparılan qaz sayğaclarının və avadanlığının quraşdırılması üzrə qaz xətti çəkilişini 50%-dən çox başa çatdırıb.Bu barədə Trend agentliyinə QSC-də bildirilib.

İşləri Azəriqaz-ın podratçısı QSC təmir-tikinti idarəsi həyata keçirir.

Azəriqaz təmir-tikinti idarəsi həmin işləri 4 482 542 747 manat dəyərində ($974,4 min) (ƏDV daxil olmaqla) yerinə iyetirməyi təklif edir. Qaz xətlərinin çəkilişi, qaz sayğaclarının quraşdırılması və təchizata aprel ayında başlanılıb.Şirkət bütün bu işləri 150 təqvim günü ərzində başa çatdırmalıdır.

Xəbər lenti

Xəbər lenti