...

ARDNŞ ƏMƏK HAQQI FONDUNU ARTIRIB

Energetika Materials 12 Avqust 2005 17:53 (UTC +04:00)

İyulun 1-dən ARDNŞ əmək haqqını 20% artırıb. Avqustun 12-də keçirilən mətbuat konfransında ARDNŞ rəhbəri Natiq Əliyev bildirib ki, əmək haqqı fonduna əlavə olaraq 15 mlrd. manat əlavə edilib. "Ümumi əmək haqqı fondu 2005-ci ildə 1,8 trln. Manat təşkil edir" -deyə o bildirib.

ARDNŞ rəhbərinin sözlərinə görə, hazırda şirkətdə orta əmək haqqı 1,172 mln. manat təşkil edir. Qeyd edək ki, Azərnerji QSC-də orta əmək haqqı 750 min manat təşkil edir. May ayında Azərnerji -də əmək haqqı 33% artırılıb.

Xəbər lenti

Xəbər lenti