...

AZƏRBAYCAN VƏ QAZAXISTAN SENTYABRDA BTC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ DANIŞIQLAR RAUNDU APARACAQ

Energetika Materials 12 Avqust 2005 17:55 (UTC +04:00)

ARDNŞ və Qazaxıstan nümayəndələri Qazaxıstanın BTC boru kəməri ilə neftin nəqlinə qoşulmasına dair hökumətlərarası sazişin imzalanmasına hazırlıq üzrə məsləhətləşmələri davam etdirmək niyyətindədir.

Avqustun 12-də keçirilən mətbuat konfransında ARDNŞ rəhbəri və BTC Co-nun baş direktoru Natiq Əliyev bəyan edib ki, Qazaxıstan sazişin bəzi bəndləri üzrə öz qeydlərini göndərib və indi onların təhlili aparılır.

"Biz bu qeydlərin mənasını öyrənmək və bir aydan sonra qazaxıstanlı həmkarlarımızla görüşmək istəyirik.Biz bütün məsələləri bir daha nəzərdən keçirib nəqliyyat sazişi üzərində paralel iş aparacağıq" -deyə o bildirib.

Onun sözlərinə görə, ekologiya, gömrük, vergilər, energetika, iqtisadi inkişaf, nəqliyya nazirliklərinin, eləcə də KASPAR -ın nümayəndələrindən ibarət işçi komissiyanın yaradılmasına zərurət vardır. "Bu sazişdə əks olunan məsələlər bütün bu idarələrə aiddir.

Buna görə də bu idarələrin səlahiyyətli nümayəndələrindən ibarət belə komissiya yaradılsa onlar hər-hansı sənədə imza qoymaq səlahiyyətini öz üzərlərinə götürə bilərlər.Biz bu komandanı təşkil edəcəyik.Biz ediləcək bütün qeydləri bir daha nəzərdən keçirəcəyik" -deyə ARDNŞ rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti