...

YANVAR-İYUL AYLARINDA BARMEK ŞİRKƏTİ İSTEHLAKÇILARA 7105,87 MİLYON KVT/S ELEKTRİK ENERJİSİ SATIB

Energetika Materials 12 Avqust 2005 18:13 (UTC +04:00)

Yanvar-iyul aylarında Barmek Azerbaijan şirkəti Bakı və Sumqayıt elektrik şəbəkəsinin istehlakçılarına 7105,87 milyon kVt/s elektrik enerjisi satıb. "Tpend"ə şirkətdən verilən məlumata görə, iyulda istehlakçılara 741,79 milyon kVt/s elektrik enerjisi satılıb.

Satılan elektrik enerjisinə görə, istehlakçılar enerjinin dəyərinin 67,6% -ni, əhali kateqoriyasına daxil olan abonentlər isə 29,4% ödəyiblər.

Bakıya verilən elektrik enerjisinin həcmi 61 575 227 345 manat təşkil edir. Abonetlər enerjinin dəyərinin 71,3% -ni, Əhali kateqoriyasına daxil olan abonentlər isə 29,9%-ni ödəyiblər .

"Sumqayıtelektrikşəbəkə"nin abonentləri 22 526 174,2 manatlıq enerjidən istifadə ediblər və bunun üçün müvafiq olaraq 57,4% və 28,3% ödəyiblər.

2004-cü ildə Barmek Azerbaijan şirkəti Bakı və Sumqayıtdan olan istehlakçılara 10 563,65 mln kVt/s elektrik enerjisi verib ki, onlar da bunun müqabilində enerjinin dəyərinin 91,1%-ni, eyni zamanda əhali 23,9%-ni ödəyib.

Xəbər lenti

Xəbər lenti