...

YANVAR-İYULDA AZNEFT ÜZRƏ TƏXMİNƏN 120 MİN TON KONDENSAT HASİL EDİLİB

Energetika Materials 13 Avqust 2005 11:52 (UTC +04:00)

2005-ci ilin yanvar-iyulunda ARDNŞ -nin təkibinə daxil olan neft-qazçıxarma idarələri (NQÇİ) Azneft tərəfindən 118,896 min ton kondensat hasil edilib.Bu barədə Trend agentliyinə ARDNŞ-də bildirilib.Bu göstərici .tən ilin anoloji dövründə hasil edilən xammaldan 2,4% və planlaşdırılan göstəricidən isə 8,9% azdır.

ARDNŞ-də bildirilib ki, iyulda NQÇİ 21,075 min ton kondensat hasil edib. O cümlədən 28 May NQÇİ 16,482 min ton, N.Nərimanov NQÇİ- 3,100 min ton, QumAdası - 0,483 min ton, Bulla Dəniz - 1,010 min ton hasil edib.

2005-ci ilin yanvar-iyulunda Azneft üzrə hasil edilən kondensatın müvafiq cədvəli belədir:

NQÇİ

2005-ci ilin yanvar-iyulu (min ton)

2004-cü ilin ynvar-iyulu %

28 may

88,014

108,4

Neft Daşları

-

-

N.Nərimanov

20,800

89,7

QumAdası

3,008

64.3

Abşeronneft

-

-

Bulla Dəniz

7,074

100,9

Xəbər lenti

Xəbər lenti