...

BARMEK İSTİFADƏ OLUNMUŞ ENERJİNİN ÖDƏMƏLƏRİNİN ARTIRILMASI ÜZRƏ İŞ APARIR

Energetika Materials 13 Avqust 2005 14:13 (UTC +04:00)

Barmek Azerbaijan abonentlərə verilən elektrik enerjiyə görə toplanan vəsaitin artırılması üçün bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Cari ilin iyulunda iyun ayının göstəriciləri ilə müqayisədə (iyul - 71,3%, iyun - 70,5%) Bakıda verilən satılan enerjiyə görə vəsaitin toplanmasının səviyyəsinin 0,8% artmasına baxmayaraq, Sumqayıtda 1 % enmə müşahidə olunub (iyul - 57,4%, iyunn - 58,4%).

Odur ki, şirkət vəsaitin toplanması üçün bir sıra tədbirlər həyata keçirir və onun cari ilin sonuna kimi nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir.

Şirkət istifadə olunmuş elektrik enerjisinə görə borcların qaytarılmasının sonnucu tarixini elan edib. Belə ki, borcu olan abonentlər borclarını avqustun 20-ə qədər ödəməlidirlər.

Bu, cari və keçən il ərzində borcu olan abonentlərə aiddir. Şirkətin borclarının ödənməsinin elan olunmuş sonuncu tarixi başa çatdıqdan sonra göstərilən tarixə qədər borclarını ödəməmiş abonentlərə qarşı ciddi tədbirlərin reallaşdırılmasına başlanacaq.

Xəbər lenti

Xəbər lenti