...

GÜRCÜSTANDA ENERJİDAŞIYICILARININ QİYMƏTİ BAHALAŞIB

Energetika Materials 15 Avqust 2005 18:30 (UTC +04:00)

Azərbaycanın neft sənayesinin ekspertləri Gürcüstanın 2006-cı il yanvarın 1-dən neft məhsullarının ixracatçısı olan ölkələri ixrac oldunun benzinin qiymətinin standartlarının sərtləşdirəcəyi barədə xəbərdar edəcəyinə şübhə ilə yanaşırlar.

Regionda çalışan və neft nəql edən şirkətlərin nümayəndələrinin Trend ə verdiyi məlumata görə, ekologi standartların sərtləşdirilməsindən Gürcüstanın əldə etdiyi ilk səmərə .lkə daxilində yanacağın qiymətlərinin 20-30% artması olub.

Ekspertlərin sözlərinə görə, Gürcüstanla həmsərhəd olan bütün ölkələr hələlik yanacağın ekoloji standartlarını sərtləşdirməyə hazır deyillər. "Ümumilikdə, Gürcüstanın bu günki iqtisadi vəziyyəti də yanacağın qiymətinin artmasına hazır deyil.", - deyə mənbələr bildirib.

Güman edilir ki, yanvarın 1-dən, Gürcüstanda satılan avtomobil benzininin tərkibindəki benzolun tərkibi 1%- keçməməlidir, aromatik birləşmələr isə 35% dən artıq olmamalıdır. Azərbaycanın avtomobil yanacağında benzolun tərkibi bu gün 3-4%, aromatik birləşmələr isə 37-42% təşkil edir.

"Gürcüstana yanacağı Avropa ölkələrindən almaq lazım gələcək. Belə yanacaq Gürcüstana məsələn, Azərbaycanın avtomobil benzinindən də baha başa gələcək", - deyə sonda eksperlər bildiriblər.

Xəbər lenti

Xəbər lenti