...

TURAN MORALI: BTC-IN TÜRKİYƏ HİSSƏSİNİN TİKİNTİSİ NƏZƏRDƏ TUTULMUŞ VAXTDA BAŞA ÇATACAQ

Energetika Materials 16 Avqust 2005 15:30 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Türkiyə hissəsinin tikintisi nəzərdə tutulmuş vaxtda başa çatacaq. Bu barədə Trend ə Türkiyənin Azxərbaycandakı səfiri Turan Moralı bildirib.

Səfir qeyd edib ki, tikinitinin müddətində hansı sa bir gecikmə olmayacaq, Türkiyə tərəfinin hansısa bir cərimə ödəməsindən isə heç söhbət belə gedə bilməz. "Nəzərdə tutulduğu kimi neft kəmərinin açılış mərasimi oktyabrın 27-də başa çatdırılacaq" - deyə qeyd edən tük diplomatı özünün də bu mərasimdə iştirak edəcəyini bildirib.

Xatırladaq ki, BTC layihəsinin həyata keçirilməsi üzrə razılaşmaya görə, Türkiyə hər bir gün üçün gecikməyə görə konsorsiumun iştirakçılarına 500 min dollar ödəməli idi, geçikmələrin ümumi müddəti isə 240 gündən artıq olmamalıdır.

Eyni zamanda, Türkiyə KİV-nin yaydığı məlumata görə, bu gün kəmərin tikintisi üzrə tikinti işlərinin Türkiyə sahəsində (1774 kilometrdən 1076) 97,5 faiz başa çatıb.

Xəbər lenti

Xəbər lenti