...

HİNDİSTAN AZƏRBAYCAN NEFTİNİN ALMAĞA BÖYÜK MARAQ GÖSTƏRİR

Energetika Materials 16 Avqust 2005 16:07 (UTC +04:00)

Hindistan sahibkarları Azərbaycan neftinin alınmasına böyük maraq göstərir. Trend in məlumatına görə, belə bir bəyanatla Hindistanın Bakıdakı səfiri Cioti Svarup Pande çıxış edib.

Səfir bildirib ki, Dehlinin işgüzar dairələri Ceyhan limanından "qara qızılın" nəql olunmasına başlanmasını gözləyirlər. Bundan sonra Azərbaycanla Hindistan arasında neft sahəsində əməkdaşlığın inkişafı gerçəkləşə bilər.

"Biz Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasını gözləyirik və bundan sonra ikitərəfli iqtisadi əməkdaşlığını genişləndirilməsi barədə bilavasitə danışıqlar aparmaq mümkündür", - deyə hind diplomatı qeyd edib.

Xəbər lenti

Xəbər lenti