...

BARMEK AZERBAYCAN-A 1 936 766 KVT/C ELEKTRİK ENERJİSİ ÜÇÜN 373 085 056 MANAT MƏBLƏĞİNDƏ KOMPENSASİYA ÖDƏNİLİB

Energetika Materials 16 Avqust 2005 17:06 (UTC +04:00)

Barmek Azerbaycan-a (Bakı və Suqayıt şəhərlərinin enerji paylayıcı şəbəkələrinin operatoru) aparılan yoxlamalar nəticəsində təkcə iyul ayında 1 936 766 kVt/s elektrik enerjisi üçün 373 085 056 manat məbləğində kompensasiya ödənilib.

Barmek Azerbaycan-ın yoxlama idarəsinin nümayəndələrinin növbəti reydi nəticəsində Bakı, Sumqayıt və Quba rayondarındakı idarə və təşkilatlarda elektrik enerjisinin istifadəsi qaydalarının pozulması halları aşkar edilib.

Faktlar üzrə aktlar tərtib olunub ki, həmin sənədlərə görə istifadə olunan əlavə elektrik enerjisi Bakıda məbləği 66,809 milyon manat olan 342447 kVt/s, Sumqayıtda məbləği 6,241 milyon manat olmaqla 21157 kVt/s, Xaçmaz rayonunda məbləği 1 347 580 manat olmaqla 4 568 kVt/s təşkil etdiyi məlum olub.

Eyni zamanda, Barmek Azerbaijan şirkətindən bildiriblər ki, əsas pozuntulara Bakının Yasamal rayonunda aşkar olunub ki, burada istifadə olunan əlakə elektrik enerjisinin həcmi 11822 kVt/s (635 715 manat) təşkil edib.

Bakının Nərimanov rayonunda bu göstərici 35024 kVt/s-a (7340708 manat), Nəsimi rayonunda isə 25760 kVt/s-a (5582926 manat), Qaradağda 39228 kVt/s-a (6327348 manat), Səbaildə 9228 kVt/s-a (434995 manat), Xəaidə 9984 kVt/s (2945280 manat), Nizamidə 11896 kVt/s-a (3509320 manat), Sabunçuda 13661 kVt/s -a (14481766 manat), Suraxanıda 17453 kVt/s-a (5148635 manat) bərabərdir.

Pozuntular arasında elektrik saycaclarının işinə maneçilik, onun sıradan çıxarılması, sayğacın olmaması, həmçinin digər xəttlərə qoşulması kimi pozuntu hallarına daha tez-tez təsadüf edilib.

Xəbər lenti

Xəbər lenti