...

BAKIDA "NEFT GƏLİRLƏRİ VƏ AZƏRBAYCAN İQTİSADİYYATININ DİGƏR SAHƏLƏRİNİN İNKİŞAFI "

Energetika Materials 18 Avqust 2005 15:18 (UTC +04:00)

Avqustun 18-də Bakıda ABŞ Milli Demokratiya İnstitutunun (NDI) təşkil etdiyi "Neft gəlirləri və Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafı" mövzusunda forum keçirilib. Bu barədə Trend məlumat verib.

Azərbaycan üzrə NDI-nin direktoru Kristi Kverkin sözlərinə görə, bu forum respublikanın neft sahəsində toplanıb qalmış problemlərin həlli üzrə təkliflər paketini hazırlamağa imkan verir.

Forumda iyunun 22-də Bakıda keçirilən forumda yaradılmış Elmi İstehsalat Birliyinin işçi qrupu tərəfindən hazırlanmış təkliflər paketi ictimaiyyətin diqqətinə çatdırılıb. İşçi qrupun tərkibinə iqtisadçılar Əli Məsimov, Qubad İbadoğlu, Məhəmməd Talıblı, Nemət Əliyev, Zöhrab İsmayıllı və digərləri daxildir.

Z.İsmayıllı hökumətə təqdim olunan neft-qaz gəlirlərindən səmərəli istifadəsi barədə təkliflər paketi haqda ətraflı məlumat verib və qeyd edib ki, təkliflərdə 14 istiqamət əksini tapıb ki, onlardan 7-si Azərbaycanın bu cür gəlirlərin idarəsi üzrə uzunmüddətli strategiyasını nəzərdə tutur.

"Əsasa piroritet istiqamətlər qeyri-neft sektorunun, kiçiik və orta sahibkarlığın inkişafının təmin olunmasıdır. Biz güman edirik ki, Dövlət Neft Fondunun vəsaiti hesabına mikromaliyyələşdirmə fondunun yaradılması məqsədəuyğun olardı, belə ki, iqtisadiyyatın göstərilən sahəsinin kreditlərə ehtiyacı var ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti