...

ASTARA YAXINLIĞINDA QAZ-KOMPRESSOR STANSİYASININ TİKİNTİSİ 90% BAŞA ÇATIB

Energetika Materials 18 Avqust 2005 16:58 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının qazla təmin iolunması çərçivəsində Azərbaycan-İran sərhəddində yerləşən Astara şəhərinin yanında tikilən qaz-kompressor stansiyasının (QKS) tikintisi demək olar ki, 90 faiz başa çatıb. Bu barədə Trend ə Azəriqaz qapalı səhmdar cəmiyyətindən məlumat veriblər.

"Hazırda QKS-də bütün zəruri qurğular və avadanlıqlar quraşdırılıb. Yalnız xəttlərin və kabellərin quraşdırılması qalır ", - deyə QSC-dən bildiriblər.

Bundan əvvəl QKS-nın tikintisinin avqustun 24-25-də başa çatdırmaq nəzərdə tutulmuşdu. Lakin Azəriqaz-dan bildiriblər ki, avadanlıqların xaricdən gətirilməsi yubandığı üçün bu senytyabırn əvvələrinə qədər uzanıb. Hazırda stansiyanın özülü qoyulub və binanın tikintisinə başlanılıb.

Azəriqaz-dan bildiriblər ki, idarə sentyabrın 1-dən İrana qaz nəql etməyi planlaşdırır. QKS tikintisini Sumsk (Ukrayna) maşınqayırma EİB-yi aparır. Müqavilənin dəyəri 80 milyard manat (17 milyon dollara yaxın)dır.

Xəbər lenti

Xəbər lenti