...

AZƏRIQAZ NAXÇIVANDA SUALTI QAZ KƏMƏRİNİN TİKİNTİSİNƏ BAŞLAYIB

Energetika Materials 18 Avqust 2005 18:32 (UTC +04:00)

Azəriqaz qapalı səhmdar cəmiyyəti Naxçıvan Muxtar Respublikasının qazla təchizatının bərpası layihəsi çərçivəsində sualtı qaz kəmərinin tikintisinə başlayıb. Bu barədə Trend ə QSC-dən məlumat veriblər.

Tikinti işlərinin başlanması üçün texnika və avadanlıqların yığılması başa çatıb. Qaz kəməri Araz çayının altı ilə keçərək İranın qaz xəttinin NMR-ı ilə birləşdirəcək.

"Hazırda qaz kəmərinin tikintisi çayın girişindən başlanacaq. Bu sahənin uzunluğu 1,56 km təşkil edir. Qaz kəmərinin marşrutunda partlayış işləri aparılır ki, bundan sonra borunun çəkilişinə başlanılacaq ", - deyə QSC-dən qeyd ediblər.

Ekspertlərin fikrincə, sualtı qaz kəmərinin çəkilişinə 15-20 gün vaxt tələb olunacaq.

Xəbər lenti

Xəbər lenti