...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ "AZƏRİ" YATAĞINDA ALTINCI QUYUNU İSTİSMARA VERİB

Energetika Materials 22 Avqust 2005 14:48 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) avqustda "Azəri" yatağının mərkəzi hissəsindəki platformada altıncı quyudan neft hasilatına başlayıb. Bu barədə Trend ə şirkətdən bildirilib.

Hazırda platformada yeddinci quyunun bağlanması üzrə işlər həyata keçirilir. "Azəri" yatağının mərkəzi hissəsində istismara verilmiş 10 quyudan neft hasil etmək planlaşdırılır.

"Azəri" yatağının mərkəzi hissəsində platformanın istismar effektivliyi 82,2%-dir. 2005-ci ildə "MA"-dan ümumi hasilatın təxminən 39 mln barelə bərabər olacağı gözlənilir (bu isə orta hesabla sutkada 106,000 barel təşkil edir).

Xəbər lenti

Xəbər lenti