...

"UKRAYNA NAFTOQAZI" NÜMAYƏNDƏ HEYƏTİ AR DNŞ RƏHBƏRLİYİ İLƏ DANIŞIQLAR APARIB

Energetika Materials 23 Avqust 2005 12:55 (UTC +04:00)

Bu gün Bakıda "Ukrayna Naftoqazı" nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə danışıqlar aparıb. Trend in məlumatına görə, nümayəndələr ilk növbədə AR DNŞ-in geologiya və geofizika üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüşüblər. Danışıqlarda həmçinin AR DNŞ-in bir sıra mütəxəssisləri də iştirak ediblər.

"Ukrayna Naftoqazı" nümayəndələri bir saatdan artıq davam etmiş görüşün yekunları ilə bağlı hər hansı bir şərh verməkdən imtina ediblər.

Bu gün "Ukrayna Naftoqazı" nümayəndə heyətinin Azərbaycanın baş nazirinin müavini Abbas Abbasovla görüşü planlaşdırılıb.

Ukrayna tərəfi, Odessa-Brodı boru kəmərinin Xəzər nefti ilə doldurulması məsələsinin müzakirəsi ilə yanaşı, yataqların qazılması və işlənib hazırlanması sahəsində öz mütəxəssislərini təklif edir. Bundan başqa, AR DNŞ-in qurudakı neft-qaz yataqlarından birinin operatorluğa götürülməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti