...

BAYERISCHE LANDESBANK AZƏRBAYCAN İQTİSADİYYATINA 430 MLN AVRO VƏSAİT QOYUB

Energetika Materials 23 Avqust 2005 13:13 (UTC +04:00)

1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən Almaniya bankı Bayerische Landesbank bu müddət ərzində ölkənin iqtisadiyyatına 430 mln avro vəsait qoyub. Azərenerji SC-nin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu barədə bankın idarə heyətinin üzvü Ralf Şmidt bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan bank üçün regionda ən əsas bazardır.

Sumqayıt elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsinə gəldikdə, R.Şmidt vurğulayıb ki, kredit bərabər ayrılıb və o, Bayerische Landesbank, Fransanın isə BNP Paribas və Sosiete Generale bankları trəfindən birlikdə idarə olunur. Bu maliyyələşdirmənin təşkil olunmasında əsas məqsəd müxtəlif ölkələrin paylarının əlaqələndirilməsidir.

O, həmçinin, qeyd edib ki, sindikatın iştirakçı bankları, xüsusilə Bayerische Landesbank Azərbaycanda yeni layihələrdə iştirak etməkdə maraqlıdır.

Xəbər lenti

Xəbər lenti