...

SHIRIANOIL OPERATING COMPANY İLİN SONUNA KİMİ YARADILACAQ

Energetika Materials 24 Avqust 2005 16:11 (UTC +04:00)

Shirvanoil Operating Company ilin sonuna kimi yaradılacaq. Bu barədə Trend ə ARDNŞ-dən məlumat veriblər. Hazırda Shirvanoil Birgə Müəssisəsinin (BM) uçot balansı arparılır ki, bunun da əsasında Əməliyyat Şirkəti yaradılacaq. ARDNŞ-in nümayəndələri Əli-Bayramlıdadırlar və balansın keçirilməsində iştirak edirlər. İşlər başa çatandan sonra BM ƏŞ-nin balansına keçiriləcək.

ARDNŞ-in məlumatına görə, yanvar-iyul aylarında Shirvan Oil BM 137 184 ton neft, 7 446 kubmetr qaz hasil edib. BM-nin quyu fondu 2005-ci il 1 avqust tarixində 333 quyu olub ki, 2005-ci il yanvarın 1-də bu rəqəm 332 olub. Yeni strukturun yaradılması ilə əlaqədar yeni quyular qazılmır. Lakin işləməyən quyuların bərpası aparılır.

"Kürovraq"ın işlənməsi reabilitasiyası və kəşfiyyatı üzrə müqavilə 2004-cü il noyabrın 5-də imzalanıb. Yatağın operatoru Shirvan Oil BM-dir. Burada ARDNŞ və Caspian Energy Group müvafiq olaraq 49% və 51% paya malikdirlər.

Xəbər lenti

Xəbər lenti