...

PA CONSULTING MODUL TİPLİ ELEKTRİK STANSİYALARININ TİKİNTİSİNİ ƏLIERİŞLİ SAYMIR

Energetika Materials 29 Avqust 2005 13:14 (UTC +04:00)

PA Consulting Group Azərbaycanın regionlarında modul tipli elektrik stansiyalarının tikintisisni iqtisadi baxımdan sərfəli hesab etmir.

Şirkətin layişə işçi qrupunun rəhbəri Maknill Uotkinsin Trend ə verdiyi məlumata görə, 52 modul tipli planlaşdırılan modul tipli elektrik stansiyası quraşdırmaqla 450 MIt-luq enerjini 1 və 2 elektrik blokununun tikilməsi hesabına həmin enerjini əldə etmək mümkündür ki, bu zaman daha az xərc çəkmək lazım gələcək və mazut və ya təbii qazdan istifadə olunacaq.

Maknill Uotkins həmçinin qeyd edib ki, layihənin dəyəri ilə bağlı KİI-də yayılmış məlumatlara görə demək olar ki, mldul stansiyaların tikintisinin dəyəri şişirdilib. "Qeyd edim ki, bizim tərəfimizdən bu stansiyaların dəyəri barədə analiz aparılmayıb. Lakin biz hesab edirik ki, Azərenerji Səhmdar Cəmiyyəti bu stansiyaları daha ucuz əldə edə bilər ", - deyə M.Uotkins bildirib.

PA Consulting Group-un eksperti həmçinin, yeni modul elektrik stansiyalarının artıq mövcud olan enerji obynektlərinin və elektrik ötürücüsü dirəklərinin yaxınlığında, məsələn Xaçmazda edilməsi nəzərdə tutulduğu kimi tikilməsini də məqsədəuyğun hesab etmir. Modul tipli elektrik stansiyalarını Naxçıvan, Şəki, Astara və Xaçmazda quraşdırılması planlaşdırılıb.

Buna baxmayaraq, Uotkins həmçinin qeyd edib ki, Naxçıvanda elektrik stansiyalarının quraşdırılması burada elektrik enerjisinə olan tələbatı .dəyə bilər. Eyni zamanda, elektrik stansiyalarının quraşdırılması regionların elektrik enerjisi ilə təchizatını təmin edə bilər.

Xəbər lenti

Xəbər lenti