...

"AZƏRBAYCAN ÜÇÜN ELEKTRİK ENERJİSİ TARİFLƏRİNİ QALDIRMAQ ZƏRURİDİR"

Energetika Materials 29 Avqust 2005 13:38 (UTC +04:00)

Azərbaycan hökuməti iqtisadi baxımdan səmərəli və uzunmüddətli fəaliyyət göstərməyə qadir olan enerji sektoru yaratmaq istəyirsə, elektrik enerjisinin tariflərinin mütləq qaldırmalıdır. PA Consulting Group-un nümayəndəsi Maknill Uotkins (McNeill Watkins) Trend ə verdiyi məlumata görə, bu zaman əhalinin aztəminatlı təbəqəsini nəzərə almaq zəruridir.

"Hazırki tariflər elektrik enerjisi istehsalının maya dəyərinin yalnız yarısını ödəyir və hökumət bu sektorua maddi yardım göstərməkdə davam edir (ildə 700 milyon dollar)" - deyə o bildirib.

Azərenergi Səhmdar Cəmiyyətinin (SC) rəhbərliyi qeyd edir ki, idarə itki ilə işləyir, belə ki, elektrik enerjisinin maya dəyəri 1 kVt/s üçün 120 manat təşkil edir. Buna baxmayaraq, o, "Barmek" və "Bayva" enerji paylayıcılarına 71 manatdan satılır.

Hazırda əhali 1 kVt/s enerji üçün 96 manat ödəyir, dvlət idarələri və müəssisələri üçün tariflər 153,4 manat təşkil edir. Elekrik enerjisinin həcmi kommersiya strukturlarına 1kVt/s üçün 295 manata başa gəlir.

Xəbər lenti

Xəbər lenti