...

GOBUSTAN OPERATING COMPANY SENTYABRIN ƏVVƏLİNƏDƏK TƏMİZLƏYİCİ İŞLƏRİ BAŞA ÇATDIRACAQ

Energetika Materials 29 Avqust 2005 17:21 (UTC +04:00)

Gobustan Operating Company Əməliyyat şirkəti (ƏŞ) hasilat işləri aparıldıqda zərər dəymiş ərazidə təmizləyici işləri sentyabr ayınadək başa çatdırmalıdır.

Bu barədə Trend agentliyinə nazirlikdə bildirilib.Şirkət torpağın təmizlənməsini iqtisadi məhkəmənin qərarına müvafiq olaraq həyata keçirir. "Əgər müəyyən edilmiş müddət ərzində şirkət təmizləməni həyata keçirməsə, onda işə yenidən baxıla bilər" -deyə nazirlikdə bildirilib.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyi ilə ƏŞ arasında məhkəmə istintaqı artıq təxminən 2 ildir davam edir. Nazirlik əməliyyat zamanı torpağın üst qatlarına dəymiş ziyanın əvəzinin ödənməsi üçün şirkətə qarşı iddia qaldırıb.Cərimənin həcmi 719,7 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti